Главная > idman > UEFA reytinqində irəlilədik

UEFA reytinqində irəlilədik


28-08-2025, 11:05. Разместил: vasif
UEFA reytinqində irəlilədik


Azərbaycan UEFA-nın əmsallar reytinqində mövqeyini gücləndirib.

“Qarabağ”ın “Ferentsaroş”u üstələyərək Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi nəticəsində ölkəmiz daha 6 əmsal qazanıb.

Bu isə Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb.

Yekun nəticədə reytinqə 1,500 əmsal əlavə olunub. Bununla da əmsal ehtiyatını 21,000-a çatdıran Azərbaycan Ukrayna (19,850) və Sloveniyanı (20,468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.
Вернуться назад