Главная > dunya > Netanyahu İsrailin müzakirələrə başladığını açıqladı
Netanyahu İsrailin müzakirələrə başladığını açıqladı29-08-2025, 09:33. Разместил: vasif |
![]() İsrail Suriyanın paytaxtı Dəməşqin cənubunda demilitarizasiya zonasının yaradılması məsələsi ilə bağlı müzakirələrə başlayıb. "Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib. "Hazırda diqqətimizi üç şey üzərində cəmləyirik: Əs-Suveyda əyalətindəki druz icmasını qorumaq, Dəməşqin cənubundan Colan təpələrinə, o cümlədən Əs-Suveyda əyalətinə qədər demilitarizasiya zonası yaratmaq və ərzaq, tikinti materialları ilə genişmiqyaslı tibbi yardımın çatdırılmasına imkan verəcək humanitar dəhliz qurmaq. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir", - Netanyahu İsrailin druz icmasının ruhani lideri Şeyx Muafak Tarif ilə görüşdə deyib. Bundan əvvəl Suriyanın keçid prezidenti Əhməd əş-Şaraa bildirib ki, Ərəb Respublikası və İsrail nümayəndə heyətləri təhlükəsizlik tədbirləri üzrə ikitərəfli sazişin hazırlanması üzrə danışıqlarda irəliləyiş əldə edib. O həmçinin Yaxın Şərq ölkələri arasında iqtisadi inteqrasiyanın vacibliyini qeyd edərək "Suriya və regionun maraqlarına cavab verən istənilən qərarı qəbul etməkdən və ya razılaşmanı təsdiqləməkdən çəkinməyəcəyini" vurğulayıb.(Report) Вернуться назад |