Главная > iqtisadiyyat > Bakı-Ağdam qatarı 32 ildən sonra reysə çıxdı
Bakı-Ağdam qatarı 32 ildən sonra reysə çıxdı30-08-2025, 09:34. Разместил: vasif |
![]() “Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu gündən Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib. Ağdama sərnişin qatarı artıq yola düşüb. Qeyd edək ki, 07:10- da yola düşən qatar, Ağdama 11:53-də çatacaq. Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı–Ağdam–Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi. Вернуться назад |