Главная > idman > DÇ-2026 seçmə mərhələsi: Daha 7 görüş keçiriləcək
DÇ-2026 seçmə mərhələsi: Daha 7 görüş keçiriləcək8-09-2025, 09:37. Разместил: vasif |
![]() Bu gün futbol üzrə 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin 6-cı turunun görüşləri davam edir. Oyun günündə daha 7 qarşılaşma keçiriləcək. B qrupunda İsveçrə Sloveniyanı, Kosovo isə İsveçi qəbul edəcək. C qrupunda Danimarka Yunanıstanın, Şotlandiya isə Belarusun qonağı olacaq. Günün diqqət çəkən qarşılaşmalarından biri İsrailin İtaliyanı qəbul edəcəyi oyun olacaq. Xorvatiya isə Monteneqronu sınağa çəkəcək. L qrupunun autsayderi olan Farer adaları isə səfərdə Qibraltar ilə üz-üzə gələcək. 22:45. İsveçrə - Sloveniya 22:45. Kosovo - İsveç 22:45. Yunanıstan - Danimarka 22:45. Belarus - Şotlandiya 22:45. İsrail - İtaliya 22:45. Xorvatiya - Monteneqro 22:45. Qibraltar - Farer adaları Вернуться назад |