Главная > dunya > İzmirdə polis bölməsinə silahlı hücum - Ölənlər var
İzmirdə polis bölməsinə silahlı hücum - Ölənlər var8-09-2025, 11:53. Разместил: vasif |
![]() İzmirin Balçova rayonunda polis bölməsinə silahlı basqın edilib. Türkiyə mətbuatı xəbər verir ki, hücum zamanı 2 polis əməkdaşı ölüb, 1-i isə ağır yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və xüsusi əməliyyat qrupları göndərilib. Cinayəti törədən şəxsin 16 yaşında olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslə bağlı araşdırma aparır. Вернуться назад |