Главная > idman > Bu gün Azərbaycan - Ukrayna matçı var
Bu gün Azərbaycan - Ukrayna matçı var9-09-2025, 09:56. Разместил: vasif |
![]() Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxır. “Yığmamız Bakıda Ukrayna millisi ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək. Qeyd edək ki, AFFA İslaniya məğlubiyyətindən (0:5) sonra Fernandu Santuşla yollarını ayırıb. Millimizi bu matça U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq. DÇ-2026 Seçmə mərhələ, D qrupu 9 sentyabr Azərbaycan - Ukrayna Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00 Baş hakim: Vassilis Fotias Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis Dördüncü hakim: Anastasios Papapetru VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos(Hakimlər briqadası Yunanıstandandır) Вернуться назад |