Главная > siyaset > İlham Əliyev: BMT-nin Təhlükəsizlik Şurası günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib
İlham Əliyev: BMT-nin Təhlükəsizlik Şurası günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib9-09-2025, 11:12. Разместил: vasif |
![]() Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməlidirlər. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində deyilir. "Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib". Вернуться назад |