Главная > siyaset > Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur
Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur14-02-2025, 19:18. Разместил: vasif |
|
Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına müsahibə verib. Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı beynəlxalq ticarət yollarını genişləndirir. Bu layihələr Azərbaycanın nəqliyyat mərkəzi rolunu daha da artırır. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyadan Avropaya daşınan yüklər üçün ən qısa marşrutlardan biridir. Azərbaycan, Çin və Avropa arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün önəmli tərəfdaşdır. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edərək beynəlxalq arenada nüfuzunu artırdı. Ölkə həmçinin Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirak edir. COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə də ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq arenada yüksək etimada sahib olmasının növbəti təzahürü idi. Bu Azərbaycanın regional və qlobal siyasətdəki rolunu gücləndirir. Müsahibədə Azərbaycanın regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionundakı etibarlı mövqeyi onun strateji coğrafi yerləşməsi, enerji resurslarının idarəedilməsi, nəqliyyat-logistika layihələri və sabitlik təşəbbüsləri ilə möhkəmlənir. Enerji təhlükəsizliyinin təminatçısı və beynəlxalq ticarət yollarının mərkəzi kimi çıxış edən Azərbaycan, həm regional, həm də qlobal arenada sabit və etibarlı tərəfdaş statusunu qoruyur. Diplomatik təşəbbüsləri və sülhə yönəlik addımları ilə ölkə Cənubi Qafqazda yeni bir əməkdaşlıq erasının qurulmasına şərait yaradır. 2024-cü ilin noyabr ayında ölkəmiz təxminən 200 ölkəni bir araya gətirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edib. Belə bir mötəbər iqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. COP29-a ev sahibliyi etməkdə məqsəd, ilk növbədə, Azərbaycan Respublikasının dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Azərbaycan üçün yüksək nailiyyət sayılan COP29, həm də son illər ölkəmizin şaxələndirilmiş xarici siyasətini bütün dünyaya bir daha nümayiş etdirdi. COP29-da isə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilə imzalanıb. Qeyd edək ki, bu layihə ilə Mərkəzi Asiya ilə Azərbaycanın və potensial olaraq Çinin enerji kabeli ilə bağlantı imkanı yaradacaq. Azərbaycanın Davos İqtisadi Forumu iştirakı ötən əsrin 90-cı illərinin ortalarından başlayıb. 1995-ci il yanvarın 27-31-də Prezident Heydər Əliyev ilk dəfə olaraq forumda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Həmin tədbirdə Ulu Öndər respublikamız haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.Davos Dünya İqtisadi Forumu ölkəmizin imkanlarının təbliği üçün ən yaxşı platformalardan biridir. Cənab Prezident həmçinin bu mötəbər tədbirin tribunasından Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Bu da ölkəmizin müsbət şəkildə imicinin formalaşdırılması, daha geniş arenada tanıdılması üçün çox yaxşı effekt verir. Prezident İlham Əliyev sözügedən müsahibəsində Çinlə, həmçinin Avropa İttifaqının 10 üzvü ilə imzalanan strateji tərəfdaşlıq sənədlərindən də bəhs etdi. Ölkə başçısı vurğuladı ki, Türkiyə və Özbəkistan ilə də müttəfiqlik Bəyannaməsi imzalanıb. Şaxələnmiş xarici siyasət istiqaməti, sadəcə siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir. Qarayev Kənan Qoşqar oğlu - Masallı rayon Şərəfə kənd sakini Вернуться назад |