Главная > hadise > Daha 4 itkin şəhidimiz dəfn olunacaq
Daha 4 itkin şəhidimiz dəfn olunacaq11-09-2025, 10:38. Разместил: vasif |
![]() Sabah daha 4 itkin şəhidimiz dəfn ediləcək. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Vəliyev Murad Məlikməmməd oğlu sentyabrın 12-si saat 15:30-da Quba rayonu Nütəh kənd qəbiristanlığında, Abdullayev Cəlal Xankişi oğlu saat 12:00-da Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsinin qəbiristanlığında, Zərbəliyev Ayaz Əsgəralı oğlu saat 14:00-da Göyçay şəhəri Şəhidlər xiyabanında, Qayıbov Vəkil Möylan oğlusaat 15:00-da Qəbələ rayonu Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.
Вернуться назад |