Главная > sosial > Azərbaycanda məktəbəqədər təhsildə rekord artım – 10 ilə 2 dəfədən çox yüksəliş

Azərbaycanda məktəbəqədər təhsildə rekord artım – 10 ilə 2 dəfədən çox yüksəliş


11-09-2025, 11:12. Разместил: vasif


Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirdiyi media brifinqində məktəbəqədər təhsilin əhatəliliyi barədə məlumat verib.

Nazirin sözlərinə görə, 2013-cü ildə 3–5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma faizi 16,2 olubsa, bu göstərici 2025-ci ildə 40 faizə çatdırılıb.

Hazırda məktəbəqədər təhsilə 226 minə yaxın uşaq cəlb olunub.

Onlardan:

115 min nəfəri məktəbəqədər təhsil müəssisələrinə,

85 min nəfəri məktəbəhazırlıq qruplarına,

22 min nəfəri icma əsaslı qruplara,

4 min nəfəri isə valideyn-dövlət-özəl tərəfdaşlığı ilə yaradılan qruplara daxildir.

Emin Əmrullayev bildirib ki, dövlətin həyata keçirdiyi layihələr nəticəsində son illər məktəbəqədər təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.
Вернуться назад