Главная > gundem / siyaset > Prezidentdən 1.5 milyonluq SƏRƏNCAM

Prezidentdən 1.5 milyonluq SƏRƏNCAM


11-09-2025, 13:50. Разместил: vasif
Prezidentdən 1.5 milyonluq SƏRƏNCAM


Masallı rayonunun Xıl-Sirəbil-Allahyarlı-Molalan-Çayqıraq avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla 8 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Xıl-Sirəbil-Allahyarlı-Molalan-Çayqıraq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Вернуться назад