Главная > idman > “Qarabağ” dünya reytinqində 38 pillə irəlilədi
“Qarabağ” dünya reytinqində 38 pillə irəlilədi11-09-2025, 14:44. Разместил: vasif |
![]() Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların ən son dünya reytinqini açıqlayıb. Qurumun rəsmi məlumatına görə, 506 komandanın yer aldığı siyahıda Azərbaycanın 4 klubu yer alıb. Siyahıda Qarabağ 154,75 xal toplayaraq 38 pillə irəliləyib və 96-cı sırada qərarlaşıb. Sabah 79,25 xal ilə 38 pillə geriləyərək 302-ci, Araz-Naxçıvan 70,25 xal ilə 8 pillə yüksələrək 355-ci, Zirə isə 68 xal toplayaraq 274-cü yerdən 380-ci pilləyə düşüb. Dünya reytinqinə isə Fransanın PSJ klubu 543 xal ilə başçılıq edir. Вернуться назад |