Главная > idman > Çempionlar Liqasında "Qarabağ"dan tarixi qələbə
Çempionlar Liqasında "Qarabağ"dan tarixi qələbə17-09-2025, 09:07. Разместил: vasif |
![]() Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasındakı ilk oyununda tarixi qələbəyə imza atıb. Səfərdə "Benfika"nın qonağı olan Qurban Qurbanovun yetirmələri ilkin olaraq hesabda 2:0 geri düşsə də, 90 dəqiqənin sonunda geridönüş etməyi bacarıb - 2:3. Ev sahiblərinin heyətində qolları Entso Barrenetsea və Vangelis Pavlidis vurub. "Qarabağ"ın heyətində isə Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk fərqlənib. Вернуться назад |