Главная > idman > “Qələbəni İlham Əliyevə həsr edirik”
“Qələbəni İlham Əliyevə həsr edirik”17-09-2025, 09:25. Разместил: vasif |
![]() “Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika” üzərində qazanılan qələbəni Prezident İlham Əliyevə həsr edib. Bu barədə klub rəhbəri Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib. O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir: “Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik”. Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2. Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub. Вернуться назад |