Главная > dunya > HƏMAS: Onların nə dirisini, nə ölüsünü görəcəksiniz!
HƏMAS: Onların nə dirisini, nə ölüsünü görəcəksiniz!19-09-2025, 09:41. Разместил: vasif |
![]() İsrailin Qəzzada əməliyyatları genişləndirməsinə cavab olaraq, HƏMAS israilli girovları geri qaytarmaqdan imtina edəcəyini açıqlayıb. "Bu barədə HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qəssam Briqadasının məlumatında deyilir. “Sizin girovlarınız müxtəlif rayonlardadır və nə qədər ki, Netanyahu onların hamısını öldürmək qərarına gəlib, o zaman biz də onları qorumağa çalışmayacağıq. Qəzzada əməliyyatın başlaması və genişlənməsi o deməkdir ki, siz onları nə diri, nə də ölü olaraq alacaqsınız. Onların hamısını Ron Aradın (37 il əvvəl itkin düşən israilli pilot) taleyi gözləyir”, - deyə bildirilib. Вернуться назад |