Главная > siyaset > Azərbaycan və Ermənistan XİN başçıları Nyu-Yorkda görüşüb
Azərbaycan və Ermənistan XİN başçıları Nyu-Yorkda görüşüb23-09-2025, 10:31. Разместил: vasif |
|
22 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər. Вернуться назад |