Главная > dunya > Ərdoğandan acı etiraf: Müharibə tezliklə bitməyəcək
Ərdoğandan acı etiraf: Müharibə tezliklə bitməyəcək23-09-2025, 11:02. Разместил: vasif |
![]() “Ukraynada müharibə tezliklə bitməyəcək. Bu yaxşı xəbər deyil”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Fox News”a müsahibəsində bildirib. "Ukraynadakı müharibənin tezliklə bitəcəyinə inanmıram. Bu, yaxşı xəbər deyil", - o deyib. Ərdoğan həmçinin əmindir ki, Avropa Ukraynaya həmişəlik iqtisadi yardım göstərə bilməyəcək və Ukrayna iqtisadi cəhətdən Rusiya ilə rəqabət apara bilməz. “Ümid edirik ki, bu dəstək davam edəcək", - prezident Ərdoğan qeyd edib. Вернуться назад |