Главная > dunya > SON DƏQİQƏ: Ukrayna “Qazprom”u VURDU: Yanğın başladı - VİDEO
SON DƏQİQƏ: Ukrayna “Qazprom”u VURDU: Yanğın başladı - VİDEO24-09-2025, 11:11. Разместил: vasif |
|
Başqırdıstanda yerləşən “Qazprom Neftexim Salavat” neft-kimya kompleksinə yenidən dron hücumu həyata keçirilib. Zavod Ukrayna sərhədindən təxminən 1400 km uzaqlıqda yerləşir. Bu barədə “RBC-Ukrayn” məlumat yayıb. “Astra” Telegram kanalı bildirir ki, yerli sakinlər yüksək partlayış səsləri barədə məlumat yayıblar. Məlumata görə, UTX-nin uzaq mənzilli dronları zavodun əsas emal qurğusu ELOU-AVT-4 blokunu vurub. Bu qurğu nefti əvvəlcə su və duzlardan təmizləyir, sonra isə benzin, dizel, kerosin və mazuta çevirir. Qeyd edək ki, Salavat şəhərində yerləşən “Qazprom Neftexim Salavat” Rusiya neft-kimya sənayesinin ən böyük komplekslərindən biridir. Zavod benzin, dizel, mazut, bitum, polietilen daxil olmaqla 150-dən çox məhsul istehsal edir. Xatırladaq ki, 2025-ci ilin yayından Ukrayna Rusiyanın neft emalı zavodlarına və boru kəmərlərinə zərbələr endirməyə davam edir. Ukrayna artıq Rusiyanın neft emalı gücünün təxminən 20%-ni sıradan çıxarıb, bu isə ölkənin bir sıra regionlarında yanacaq böhranına səbəb olub. Вернуться назад |