Главная > siyaset > Əli Əsədov qərar imzaladı
Əli Əsədov qərar imzaladı24-09-2025, 13:54. Разместил: vasif |
![]() Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi aşağıdakı kimidir: Daimi komissiyanın sədri Azərbaycan Respublikasının Baş naziri Daimi komissiya sədrinin müavini Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Daimi komissiyanın üzvləri: Azərbaycan Respublikasının Baş prokuroru Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Azərbaycan Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının müdafiə naziri Azərbaycan Respublikasının səhiyyə naziri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin rəisi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Qərarla həmçinin, "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi” də təsdiq edilib. Вернуться назад |