Главная > hadise > İmişlidə zəhərlənənlərin sayı 59-a çatıb
İmişlidə zəhərlənənlərin sayı 59-a çatıb25-09-2025, 11:03. Разместил: vasif |
![]() İmişlidə zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib. "Report" xəbər verir ki, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir. Xatırladaq ki, sentyabrın 23-də toyda kütləvi zəhərlənmə baş verib. Вернуться назад |