Главная > iqtisadiyyat > “Metronun B-04 stansiyasının tikinti işləri 2026-cı ilin sonunadək yekunlaşacaq”
“Metronun B-04 stansiyasının tikinti işləri 2026-cı ilin sonunadək yekunlaşacaq”25-09-2025, 11:55. Разместил: vasif |
![]() “Metronun B-04 stansiyasının tikinti işləri 2026-cı ilin sonunadək yekunlaşacaq”. “Bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib. O qeyd edib ki, B-04 stansiyası çəhrayı xəttin beşinci, metropolitenin isə 28-ci stansiyasıdır. M.Rzayev əlavə edib ki, “8 Noyabr” - B-04 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib, dəmir yolu xətti tam olaraq çəkilib: “Layihə üzrə stansiyada 19 ədəd eskalator və 5 ədəd liftin quraşdırılması nəzərdə tutulub. Eskalatorlardan 12 ədədi artıq inşa edilib. B-04 stansiyasının C.Məmmədquluzadə küçəsinə 4 ədəd çıxışı olacaq. Bunlardan 2 çıxış tam olaraq inşa edilib, ikisində bərpa-tikinti işləri davam etdirilir. Stansiyanın platformasının uzunluğu 144 metr təşkil edir”. O qeyd edib ki, Bənövşəyi xəttin davamı olaraq 7 vaqon xətti hərəkətə buraxılacaq. Вернуться назад |