Главная > idman > “Qarabağ” 5 min cərimələndi
“Qarabağ” 5 min cərimələndi25-09-2025, 12:10. Разместил: vasif |
![]() AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda Misli Premyer Liqasının 5-ci turunun oyunlarında baş vermiş qayda pozuntularınaa hüquqi qiymət verilib: “Sabah” – “Turan Tovuz” matçına Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə ev sahibi 2000 manat cərimə edilib. “Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov "Qarabağ"la oyunun 28-ci dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluz cəzalandırılıb. Futbolçunun hərəkətinə görə klub 500 manat cərimələnib. "Qarabağ" isə azarkeşlərinə görə ziyana düşüb. Ağdam təmsilçisinin azarkeşləri "Araz-Naxçıvan"la qarşılaşmanın 60-cı dəqiqəsində rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün klub 5000 manat cərimə ödəməli olacaq.. Вернуться назад |