Главная > hadise > Təyyarə ilə Azərbaycana narkotik gətirdi, tutuldu - FOTO
Təyyarə ilə Azərbaycana narkotik gətirdi, tutuldu - FOTO26-09-2025, 12:25. Разместил: vasif |
![]() Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt Peterburq - Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |