Главная > idman > UEFA ÇL: "Qalatasaray" "Liverpul"a qalib gəldi
UEFA ÇL: "Qalatasaray" "Liverpul"a qalib gəldi1-10-2025, 09:14. Разместил: vasif |
![]() UEFA Çempionlar Liqasının əsas mərhələsində II tura start verilib. İlk olaraq doqquz oyun keçirilib. Türkiyə təmsilçisi "Qalatasaray" İstanbulda İngiltərənin "Liverpul" klubuna minimal hesabla qalib gəlib. Qazaxıstanın "Kayrat"ı isə "Real Madrid"in qarşısında aciz qalıb. Belə ki, İspaniya klubu 5 cavabsız qol vurub. İspaniyanın digər klubu "Atletiko"da "Ayntraxt"a eyni sayda qol vurub. UEFA Çempionlar Liqası Liqa mərhələsi II tur "Kayrat" (Qazaxıstan) - "Real" (İspaniya) - 0-5 "Atalanta" (İtaliya) - "Brügge" (Belçika) - 2:1 "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) - 1:0 "Atletiko" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 5:1 "Budyo Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə) - 2:2 "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 1:0 "İnter" (İtaliya) - "Slaviya" (Çexiya) - 3:0 "Marsel" (Fransa) - "Ayaks" (Niderland) - 4:0 "Pafos" (Kipr) - "Bavariya" (Almaniya) - 1:5 Qeyd edək ki, II turun digər doqquz oyunu bu gün baş tutacaq. Вернуться назад |