Главная > sosial > Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub1-10-2025, 11:47. Разместил: vasif |
|
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər. Tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı, birinci xanım və İtaliya Prezidenti ölkədə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşüblər. Вернуться назад |