Главная > siyaset > İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb


1-10-2025, 12:11. Разместил: vasif


Azərbaycana rəsmi səfəri çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Şəhidlər xiyabanını ziyarət edib.

Ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Вернуться назад