Главная > dunya > Fatih Altaylı həbsdə qaldı

Fatih Altaylı həbsdə qaldı


3-10-2025, 14:59. Разместил: vasif
Fatih Altaylı həbsdə qaldı


Türkiyəli jurnalist Fatih Altaylının həbsdə saxlanılmasına qərar verilib.

“Qafqazinfo” “Milliyet” qəzetinə istinadən xəbər verir ki, 5 il həbs cəzası istənilən jurnalist bu gün ilk dəfə hakim qarşısına çıxarılıb.

Məhkəmə Altaylının həbsinin davam etdirilməsinə qərar verib.

Növbəti məhkəmə prosesi noyabrın 26-a təyin edilib.

Qeyd edək ki, jurnalist Prezident Rəcəb Tayyib Ərdoğanı təhdid etməkdə ittiham olunur.
Вернуться назад