Главная > iqtisadiyyat > AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək8-10-2025, 09:57. Разместил: vasif |
![]() Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində, magistral yollarda nişanlanma və xətlənmə işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub. İqtisadiyyat.az xəbər verir ki, Agentlik bununla bağlı “STP-Btech” şirkəti ilə iki nəhəng müqavilə bağlayıb. Müqavilələrdən birinin maliyyə dəyəri 11 milyon 465 min manat, digərinin maliyyə dəyəri isə 33 milyon 549 min manat müəyyənləşib. Beləliklə, AYNA respublika ərazisində - magistral yollarda nişanlanma və xətlənmə işlərinə 45 milyon manat xərcləyəcək. Вернуться назад |