Главная > dunya > BMT: Qəzzaya lazımi yardım həcminin 20%-dən azı daxil olur
BMT: Qəzzaya lazımi yardım həcminin 20%-dən azı daxil olur10-10-2025, 10:00. Разместил: vasif |
![]() Qəzza sektoruna daxil olan humanitar yardımın həcmi hazırda lazımi səviyyənin 20%-dən azını təşkil edir. "BMT Baş katibinin humanitar məsələlər müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletçer jurnalistlərə bəyanat verib. "Biz çatdırmalı olduğumuz həcmin 20%-dən də azını çatdırırıq. Bizə (Fələstin anklavına - red.) yüzlərlə yük maşınının daxil olması lazımdır", - o deyib. Fletçer qeyd edib ki, Qəzza sektorunda atəşkəs bərqərar edildikdən sonra ümumdünya təşkilatı yardım çatdırılmasını "gündə yüzlərlə yük maşını"na qədər artırmaq niyyətindədir. Вернуться назад |