Главная > hadise > Lənkəranda avtomobillər toqquşub, 3-ü məktəbli, 2-si tələbə olmaqla 5 nəfər xəsarət alıb
Lənkəranda avtomobillər toqquşub, 3-ü məktəbli, 2-si tələbə olmaqla 5 nəfər xəsarət alıb10-10-2025, 11:25. Разместил: vasif |
![]() Lənkəran rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. "Report" məlumatına görə, hadisə rayonun Şovu kəndi ərazisində qeydə alınıb. 2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi "Reno" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü və digər avtomobildə olan sərnişinlər - 2008-ci il təvəllüdlü E.Əmrəzadə, Ş.Sultanova (2008), F.Əmrəzadə (2013) və X.Məmmədli (2018) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıblar. TƏBİB-in Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev "Report"un yerli bürosuna açıqlamasında qəza zamanı xəsarət alanların vəziyyətinin stabil olduğunu bildirib. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |