Главная > dunya > Paşinyan: “Uzunmüddətli münaqişədən sonra Azərbaycanla sülh bərqərar olub”
Paşinyan: “Uzunmüddətli münaqişədən sonra Azərbaycanla sülh bərqərar olub”10-10-2025, 12:39. Разместил: vasif |
|
Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişədən sonra nəhayət sülh yaranıb. Paşinyan bu fikri Düşənbədə keçirilən MDB-yə üzv dövlətlərin Şurasının iclasında səsləndirib. “Məmnuniyyətlə qeyd edirəm ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli qarşıdurmadan sonra sülh bərqərar olub,” – deyə Paşinyan vurğulayıb. Вернуться назад |