Главная > hadise > Bakıda şirkətdən 7 min manatlıq oğurluq - 2 mühafizəçi saxlanıldı
Bakıda şirkətdən 7 min manatlıq oğurluq - 2 mühafizəçi saxlanıldı14-10-2025, 13:05. Разместил: vasif |
![]() Paytaxtın Suraxanı rayonunda talama cinayəti baş verib. DİN-in mətbuat xidməti xəbər verir ki, rayonun Zığ qəsəbəsində yerləşən şirkətlərin birindən 7000 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə mühafizə xidmətində çalışan 34 yaşlı A.İsgəndərov və 35 yaşlı A.Zeynalov saxlanılıblar. Вернуться назад |