Главная > dunya > Pakistan–Əfqanıstan sərhədində yeni toqquşma: komandir öldürüldü
Pakistan–Əfqanıstan sərhədində yeni toqquşma: komandir öldürüldü15-10-2025, 10:29. Разместил: vasif |
![]() Pakistan ordusu Əfqanıstan ərazisindəki terrorçu qruplaşmaların mövqelərinə zərbə endirib. Bu barədə ölkənin PTV dövlət televiziyası məlumat yayıb. Məlumata görə, 14 oktyabr axşamı “Taliban” hərəkatının qüvvələri və “Fitna əl-Həvaric” qruplaşmasının silahlıları Pakistan sərhəd postlarına səbəbsiz atəş açıblar. Pakistan ordusunun cavab əməliyyatı nəticəsində qarşı tərəfin bir sərhəd postu və tank atəş mövqeyi məhv edilib. Toqquşmalar zamanı “Fitna əl-Həvaric” qruplaşmasının yüksək vəzifəli komandirlərindən biri zərərsizləşdirilib. Вернуться назад |