Главная > gundem / siyaset > İlham Əliyevdən bu qurumlarla bağlı - Fərman
İlham Əliyevdən bu qurumlarla bağlı - Fərman15-10-2025, 13:52. Разместил: vasif |
![]() “Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 18 iyul 2018-ci il tarixli Fərmanda dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb. Fərmana əsasən, Xidmətin işçilərinin say həddi 55-dən 65-ə çatdırılıb. Prezidentin imzaladığı digər Fərmana əsasən, Dövlət Turizm Agentliyinin işçilərinin də say həddi artırılıb. Fərmana əsasən, Agentliyin işçilərinin say həddi cəmi 165 ştat vahidindən 181-ə, regional turizm idarələri üzrə 88-dən 104 ştat vahidinə artırılıb. Вернуться назад |