Главная > gundem / siyaset > “Azərbaycanla Ermənistan arasında sülh dövrü başlayıb”
“Azərbaycanla Ermənistan arasında sülh dövrü başlayıb”21-10-2025, 13:32. Разместил: vasif |
![]() “Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb”. “Bu sözləri Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev deyib. “Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb - Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir”, - dövlət başçısı qeyd edib. İlham Əliyevin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir. Вернуться назад |