Главная > idman > “Qarabağ” “Atletik Bilbao”ya qarşı
“Qarabağ” “Atletik Bilbao”ya qarşı22-10-2025, 09:28. Разместил: vasif |
![]() Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda “Qarabağ” növbəti oyununa çıxacaq. “Təmsilçimiz İspaniyanın “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək. “San Mames” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 5-də öz meydanında “Çelsi” klubuna qarşı keçirəcək. Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində iki görüşündən sonra altı xalla 6-cı pillədə qərarlaşıb. 22 oktyabr UEFA Çempionlar Liqası III tur Saat 20:45, “Atletik Bilbao” - “Qarabağ”. Вернуться назад |