Главная > dunya > Azərbaycan təyyarəsi İrəvana enib
Azərbaycan təyyarəsi İrəvana enib22-10-2025, 12:38. Разместил: vasif |
![]() Dünən AZAL-a məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib. Bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında paylaşıb. “Uzun fasilədən sonra AZAL təyyarəsi İrəvan hava limanına enib”, - deyə o qeyd edib. “Sputnik Ermənistan” yazır ki, azərbaycanlı ekspertlər aylıq cədvəl üzrə yenidən İrəvana gəliblər. "Müxtəlif mənbələrə görə, Bakıdan gələn xüsusi reys səhər saat 16:00 radələrində İrəvana enib. İlkin məlumatlara görə, oktyabrın 21-22-də "Doubletree by Hilton" hotelində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə dəyirmi masa keçiriləcək. “Sülh gündəmi” müzakirə olunacaq", - deyə qeyd edilib. Вернуться назад |