Главная > dunya > Bu gərginlik də tez bir zamanda həllini tapacaq - Tramp
Bu gərginlik də tez bir zamanda həllini tapacaq - Tramp27-10-2025, 09:59. Разместил: vasif |
![]() ABŞ Prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakı gərginliyin tez bir zamanda həllini təmin edəcəyini bildirib. "O, bu barədə Malayziyanın paytaxtı Kuala Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammitində bildirib. Sammitdə iştirak edən Tramp iki ölkə arasındakı əlaqələrə dair qiymətləndirmələr edərək bunları söyləyib: "Mən eşitdim ki, Pakistan və Əfqanıstan arasında danışıqlar başlayıb. Mən bunun çox tez həll olunacağına əminəm". O, ölkə liderlərini "gözəl insanlar" adlandırıb. Xatırladaq ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan arasında baş verən sərhəd toqquşmalarından sonra elan edilən 48 saatlıq atəşkəs Türkiyə və Qətərin dəstəyi ilə uzadılmışdı. Вернуться назад |