Главная > siyaset > İşğalın acı fəsadları
İşğalın acı fəsadları27-10-2025, 12:08. Разместил: vasif |
|
Qarabağ müharibəsi zamanı Azərbaycanın itirdiyi mühüm strateji bölgələrdən biri də Qubadlı rayonu olmuşdur. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Qubadlı rayonu 31 avqust 1993-cü ildə işğal olundu və bu işğal illərlə həm regionun inkişafını, həm də insanların həyatını mənfi təsir altına saldı. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin erməni işğalından azad edilməsi ilə işğalın acı fəsadlarının aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. İndi işğaldan azad edilmiş digər bölgələrimiz kimi Qubadlı rayonunun ərazisi də yenidən dirçəlir, geniş bərpa-quruculuq işləri aparılır. Вернуться назад |