Главная > medeniyyet > Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu - Fotolar
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu - Fotolar28-10-2025, 09:51. Разместил: vasif |
![]() AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəmanlar - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevanın xatirəsi əbədiləşdirilib. “Qafqazinfo” xəbər verir ki, Fəxri xiyabanda dəfn olunan hər üç qəhrəmana məzarüstü abidə - büst qoyulub. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb. Hər 3 şəxsə Milli Qəhrəman adı verilib. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Вернуться назад |