Главная > dunya > Tramp varisini açıqladı: Bundan yaxşısı ola bilməz
Tramp varisini açıqladı: Bundan yaxşısı ola bilməz28-10-2025, 15:30. Разместил: vasif |
![]() 2028-ci ildə ABŞ prezidentliyinə özündən sonra ən yaxşı namizəd hesab etdiyi şəxsləri açıqlayıb. Amerika Prezidenti Donald Tramp 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməkdən çəkinmir, lakin üçüncü müddətin konstitusiyaya zidd olduğunu nəzərə alaraq, vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu prezidentliyə sas namizəd hesab edir. Bunu jurnalistlərə açıqlamasında deyib. Adları soruşduqda, Tramp dövlət katibi Rubionu göstərərək deyib: "Bizim gözəl insanlar var - təfərrüatlara varmağa ehtiyac yoxdur. Biri burada dayanıb". Tramp həmçinin ABŞ-ın vitse-prezidenti Vensi tərifləyib. "Aydındır ki, Vens çox yaxşıdır, əla vitse-prezidentdir. Mən əmin deyiləm ki, kimsə bu ikisinə qarşı mübarizə aparacaq", - prezident deyib. Вернуться назад |