Главная > dunya > İmamoğlu işində İsa Qəmbərin adı çəkildi - Açıqlama
İmamoğlu işində İsa Qəmbərin adı çəkildi - Açıqlama29-10-2025, 10:33. Разместил: vasif |
![]() Türkiyədə barəsində “casusluq” ittihamı ilə istintaq aparılan İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun işində Azərbaycanla bağlı hissə də yer alıb. “Qafqazinfo” xəbər verir ki, həmin hissədə deyilir: “Şübhəli şəxs Hüseyn Gün 2005-ci ildə ABŞ-də fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının sədri olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib”. İsa Qəmbər məsələ ilə bağlı “Unikal”a açıqlama verib: “Mənim haqqımda yazılanlar həqiqətə uyğun deyil. Belə bir şirkətin adını ilk dəfə eşidirəm. Həmin şirkət vasitəsilə guya mənə maliyyə dəstəyi göstərilməsi uydurmadır”. Вернуться назад |