Главная > siyaset > Hikmət Hacıyev diplomatların azad olunmuş ərazilərə səfəri ilə bağlı paylaşım edib

Hikmət Hacıyev diplomatların azad olunmuş ərazilərə səfəri ilə bağlı paylaşım edib


1-11-2025, 10:51. Разместил: vasif


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə 20-ci səfəri ilə bağlı paylaşım edib.

Paylaşımda qeyd olunub:

"Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin azad edilmiş ərazilərə 20-ci səfəri. Bu dəfəki təyinat nöqtələri Zəngəzur dəhlizi boyunca Cəbrayıl və Zəngilan oldu".
Вернуться назад