Главная > idman > UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Çelsi" ilə üz-üzə gələcək
UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Çelsi" ilə üz-üzə gələcək5-11-2025, 09:28. Разместил: vasif |
![]() "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək. Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək. İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enzo Mareska Bakıda oyunla bağlı deyib: "Qarabağ" yaxşı komandadır. Onlar "Benfika"nı (3:2) və "Kopenhagen"i (2:0) məğlub ediblər. "Atletik"lə oyunda da hesabda öndə olsalar da, sonda uduzdular (1:3). Şübhəsiz ki, bizə qarşı da çətin olacaq". Mareska “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uzunmüddətli fəaliyyətini də yüksək qiymətləndirib: “Belə bir şeyi indiyədək görməmişəm. Bu, inanılmazdır. Bir klubda 17 il – bu sadəcə heyrətamizdir. Komanda çox güclüdür. Ev oyunlarında çox intensiv oynayırlar. Bu, çətin qarşılaşma olacaq”. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə bildirib ki, komandası "Çelsi" ilə matçda mübariz oyun göstərmək istəyir: "Bizi maraqlı oyun gözləyir. Güclü komandaya qarşı oynayacağıq. Böyük klubları, yaxşı futbolçuları Bakıda görmək azarkeşlər üçün stimuldur. Oyunçularıma inanıram". Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır. Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib. "Atlılar" III turda İspaniyada "Atletik"ə (1:3) uduzub. Вернуться назад |