Главная > dunya > Tramp İrana sanksiyaları bir il müddətinə uzatdı
Tramp İrana sanksiyaları bir il müddətinə uzatdı7-11-2025, 09:19. Разместил: vasif |
![]() ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasına qarşı birtərəfli sanksiyaları bir il müddətinə uzadıb. Bu barədə ABŞ liderinin bəyanatında deyilir. “İranla münasibətləri hələ normallaşdırılmayıb və 19 yanvar 1981-ci il tarixli razılaşmaların həyata keçirilməsi prosesi davam edir. Bu, ABŞ və İran arasında Əlcəzair Sazişlərinə aiddir. Bu sazişlər 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girov saxlanılan amerikalı diplomatların azad edilməsinə səbəb olub. Bu sənədlər, xüsusən də, bir-birinin daxili işlərinə qarışmamaq prinsipini nəzərdə tutur”, - deyə Trampın açıqlamasında bildirilir. Вернуться назад |