Главная > gundem / siyaset > Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilib - SƏRƏNCAM
Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilib - SƏRƏNCAM7-11-2025, 16:15. Разместил: vasif |
![]() Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə bəzi şəxslər təltif edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıda adları olan şəxslər təltif edilib. "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra) "Azərbaycan Bayrağı" ordeni ilə Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir "İgidliyə görə" medalı ilə Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir. Вернуться назад |