Главная > hadise > Ağdaşda zəlzələ oldu
Ağdaşda zəlzələ oldu10-11-2025, 09:37. Разместил: vasif |
![]() Zərdab stansiyasından 35 km şimalda, Ağdaş rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeri vaxtla 02:50-də baş verən yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb. Qeyd edək ki, saat 02:13-də Xəzər dənizində də 4 maqnitudalı zəlzələ olub. Вернуться назад |