Главная > gundem / bolge > Binəqədi-Novxanı yolunda qanunsuz tikintiyə hansı məmur icazə verib?

Binəqədi-Novxanı yolunda qanunsuz tikintiyə hansı məmur icazə verib?


21-11-2025, 10:30. Разместил: vasya


Binəqədi Novxanı yolunda qanunsuz tikinti ilə bağlı XALQ-a məlumatlar daxil olub.

Belə ki, yol kənarında qanunsuz tikinti işləri aparılır

XALQ məlumat verir ki, bu tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumata rast gəlmədik.

Bu isə o deməkdir ki, inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmayıb.
Ümumiyyətlə rayon ərazisində qanunsuz obyektlərin və qanunsuz evlərin tikintisinə necə razılıq verildiyi məlum deyil.

İddialar görə, qanunsuz tikintilər icra hakimiyyətinin səlahiyyətli şəxslərin razılığı ilə inşa olunduğu bildirilir.

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən heç bir açıqlama almaq mümkün olmadı.

Araşdırmalarımız davam edir. Qurumların mövqeyini dərc etməyə hazırıq.

Həmin görüntüləri oxuculara təqdim edirik:


Вернуться назад