Главная > dunya > İmran Xan həbsxanada öldürülüb?
İmran Xan həbsxanada öldürülüb?26-11-2025, 16:00. Разместил: vasya |
![]() Pakistanın həbsdə olan keçmiş Baş naziri İmran Xanın öldürüldüyü iddia edilir. “Bu barədə “Afghanistan Times” qəzeti X hesabında məlumat yayıb. Onun müəmmalı şəkildə qətlə yetirildiyi və cəsədinin həbsxanadan çıxarıldığı bildirilir. Qeyd edək ki, 73 yaşlı İmran Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistanın Baş naziri olub. Siyasətçi 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. O, 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Вернуться назад |