Главная > gundem / siyaset > Prezident sərəncam imzaladı
Prezident sərəncam imzaladı1-12-2025, 13:18. Разместил: vasif |
![]() Zərdab rayonunda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 1. Səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. Вернуться назад |